16 Dekabr 2017, Şənbə - 19:05

D.Rikkardo: “Virtual Təhlükəsizlik Maşını ikinciliyi əlimdən aldı”

D.Rikkardo: “Virtual Təhlükəsizlik Maşını ikinciliyi əlimdən aldı”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

02:56 - 24 Oktyabr, 2016

Ostin yarışının əvvəli Red Bull sürücüsü üçün uğurlu alınıb – Rikkardo ilk döngədə Rosberqi qabaqlaya bilib.

F-1.az xatırladır ki, uzun müddət ikinci yerə əsas namizəd olan Daniel Virtual Təhlükəsizlik Maşını (VSC) rejimində Rosberqin arxasına düşüb…

Daniel Rikkardo: “Yarışın əvvəlində ilk cərgədən start alanlardan fərqli olaraq SuperSoft təkərlərdə idim. Bu, mənim xeyrimə oldu. Əslində elə də yaxşı start almadım, amma sonra gördüm ki, Niko xarici radiusa doğru yerini dəyişir, ona görə də cəld daxilə girdim. Əgər bir az ləngiməsəydim, ilk döngədən lider kimi çıxa bilərdim, amma 2-ci yer də pis deyildi.

Mən Lyuisdən geri qalmamağa çalışırdım, amma bir müddət sonra Soft təkərlər daha effektli işləməyə başladılar. Düşünürəm ki, finişdə ikinci olmaq üçün əla şansım var idi, amma VSC bizim xeyrimizə olmadı. Məyus olmaq fikrim yoxdur – podiuma qalxmaq xoş idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 155
Teqlər , , ,
Paylaş

logo