18 Noyabr 2017, Şənbə - 15:56

D.Rikkardo təəccüblüdür

D.Rikkardo təəccüblüdür

Müəllif: Rauf Hacıyev, redaktor

00:48 - 30 Oktyabr, 2016

Daniel Rikkardo bildirib ki, bolidi sıralanma turunda pis təsir bağışlayıb və buna görə də avstraliyalı 4-cü olduğuna təəccüblənib..

F-1.az xatırladır ki, Rikkardo poul qazanan Həmiltondan cəmi 0.4 saniyə geridə qalıb: “Lyuisin nəticəsinə çox yaxın idim. Deyəsən, 0.4 saniyə geridə idim. Məncə, hamıda balansla bağlı problem oldu. Mənim üçün çox pis oldu. Üçüncü sessiyadakı sonuncu cəhdimdə necə belə sürətli oldum bilmirəm. Əlimdən gələni etsəm də, bolid ön tərəfdən sürüşürdü. Amma 4-cü yer mənim üçün əla nəticə oldu. İlk sektorda rəqiblərimizə nisbətən çox vaxt itirdik. Bu da gözlənilən idi. Ümumilikdə isə, bolidin balansından razı deyiləm. Amma nəticədən razıyıq”.

Rikkardo SuperSoft təkərlərin hesabına startda Mercedes-ləri keçmək istəyir: “Yaxşı start almaq çox vacibdir. Amma daha sonra uzun düzlük var. Orada önə keçsəm, yerimi qorumaq çətin olacaq. Bundan başqa Ferrari-ni unutmaq olmaz. Bütün sərbəst yürüşlərdə əla nəticələr aldılar. Sıralanmada geri qalsalar da, onların gücünə bələdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 137
Teqlər , , ,
Paylaş

logo