11 Dekabr 2017, Bazar ertəsi - 07:44

D.Rikkardo: “Sürətli deyilik”

D.Rikkardo: “Sürətli deyilik”

Müəllif: Rauf Hacıyev, redaktor

11:13 - 13 May, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Barselonaya gətirdikləri yeniliklərə baxmayaraq, hələ də ən sürətli 3-cü komandadırlar.

F-1.az xatırladır ki, Red Bull komandası bu mövsüm İspaniyada ən yaxşı həftəsonu başlanğıcını edib. “Qırmızı öküzlər” hazırda əsas rəqiblərindən cəmi 0.6 saniyə geri qalırlar.

Daniel Rikkardo: “Sözün açığı, harada olduğumuzu bilməliyik. Hələ də ən sürətli 3-cü komandayıq. Nəticədə bütün komandalar buraya yeni detallarla gəliblər və bizim üçün yeniliklərdən lazımi faydanı əldə etmək çox vacib idi. Ümid edirəm ki, yarışda özümüzə şans yarada bilərik. Buraya gələndə bir məqsədimiz var idi – fərqi azaltmaq. Bazamızda çoxlu və güclü mühəndislər var və hamısı əllərindən gələni edirlər. Ümid edirəm ki, yenidən rəqabətədavamlı olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 801
Teqlər , , ,
Paylaş

logo