D.Rikkardo: “Son sektor bizi geriyə salır”

Sıralanma turunda komanda yoldaşı Maks Ferstappenin gerisində qalaraq 6-cı yeri tutan Daniel Rikkardo bildirib ki, son sektordakı problemi tapmaq lazımdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü İspaniyada komanda yoldaşından 0.4 saniyə geri qalaraq, hamını təəccübləndirib.

Daniel Rikkardo
: “Buraya poul qazanmağa gəlməmişik. Gücümüzün nə yerdə olduğunu bilirik və işə realist yanaşırıq. İlk iki sektorda rəqabətədavamlı olduğumuzu düşünürəm. Son sektorda isə rəqiblərimiz daha sürətlidirlər və fərq burada əmələ gəlir. Sürət cəhətdən geri qalanda boliddən razı ola bilmirsiniz. Bu gün səhərdən etibarən yavaş döngələrdə problem yaşayırıq və bunu sabaha qədər həll etməliyik. Sabah gözəl xallar almaq üçün əlimizə fürsət düşə bilər. Buna hazır olmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*