D.Rikkardo sendviç olduğu üçün sevinclidir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Bəhreynin sıralanma turunda yaxşı işlər görərək, iki Ferrari sürücüsünün arasına girə bildiyi üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, Rikkardo son cəhdində Fettellə Rəykkönenin arasına girərək, sıralanma turunda 4-cü olub. Beləliklə Avstriya təmsilçisi bu mövsüm sıralanma turunda ən yüksək nəticəsini əldə edib.

Daniel Rikkardo: “Sözün açığı, təəccübləndim. Hər şeyi bir araya gətirib dövrə vuracağımız halda ikinci cərgədə olacağımızı bilirdim və işlər qaydasında getdi. Dördüncü olduq və sabah doğru strategiya seçərək podiuma yüksələ bilərik. Keçən həftəyə nisbətən inkişaf etdiyimizi düşünürəm. Məqsədimiz işlər qaydasına düşənə qədər zərəri minimuma endirməkdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*