23 Oktyabr 2017, Bazar ertəsi - 17:07

D.Rikkardo: “Şənbə günü tempimizi davam etdirməliyik”

D.Rikkardo: “Şənbə günü tempimizi davam etdirməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

06:06 - 16 Sentyabr, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, nəticədən razıdır və bu templərini şənbə günü də davam etdirmək istəyirlər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Sinqapurda cümə gününü 1-ci, komanda yoldaşı Maks Ferstappen isə 2-ci yerdə bağlayıb.

Daniel Rikkardo: “Bolidimizin Sinqapur üçün əlverişli olduğunu bilirdik və bugünkü nəticəyə görə təəccüblü deyiləm. Təbii ki, sərbəst yürüşlər işin ən asan tərəfidir. Vacib olan isə bu tempimizi sıralanma turu və yarışda davam etdirməkdir. Sebastyan birinci sərbəst yürüşlərdə bizə yaxın idi və nahardan sonra hansı proqramda davam etdiklərini bilmirəm. Amma sabah böyük ehtimalla, yenə yaxın olacaqlar. Böyük bir mübarizəyə hazır olmalıyıq. Hazırda özümüzü yaxşı hiss edirik və həftəsonu ərzində əlimizdən gələni etməyə davam edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 146
Teqlər , , ,
Paylaş

logo