17 Oktyabr 2017, Çərşənbə axşamı - 20:56

D.Rikkardo: “Səhvimizi kompensə etdik”

D.Rikkardo: “Səhvimizi kompensə etdik”

Müəllif: Rauf Hacıyev, redaktor

19:23 - 28 May, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, strategiya hesabına podiuma yüksəldiyi üçün sevinclidir.

F-1.az xatırladır ki, Red Bull komandası dünən sıralanma turunda səhv edərək, Rikkardonun daha yaxşı yer tutmasına mane olmuşdu. Lakin avstriyalılar bugünkü yarışda 27 yaşlı sürücünü daha gec pit-stopa çağıraraq ardıcıl ikinci yarışda podiuma çıxmasına kömək ediblər.

Daniel Rikkardo: “Sözün açığı, podiumda olduğum üçün sevincliyəm. Monakoda ötmə etmək çətin olmasına baxmayaraq, 5-ci yerdən podiuma yüksəldim. Dünən məyus idim. Daha yaxşı nəticə qazana bilərdim, lakin alınmadı. Amma bu gün səhvimizi kompensə etdik. Önümdəkilər pitə girdikdən sonra qarşımda böyük boşluq var idi və bilirdim ki, tempim var. Burada əsl sürətimizi göstərdik və Bottası qabaqladım. Komanda olaraq əla işlədik.

Təhlükəsizlik avtomobilindən sonra təkərləri qızdırmaqda çətinlik çəkdim və o əsnada az qala divara çırpılırdım. Amma bəxtim gətirdi və bolid zədələnmədi. Valtterini arxamda saxlaya bildim. Həftəsonu gözəl bitdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 650
Teqlər , , ,
Paylaş

logo