21 Sentyabr 2018, Cümə - 06:27

D.Rikkardo: “Səhər asan oldu”

D.Rikkardo: “Səhər asan oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

08:15 - 27 Fevral, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, günün ilk yarısı asan keçsə də, nahardan sonra çətin olub.

F-1.az xatırladır ki, Rikkardo dünən ən çox dövrə vuran sürücü olub. Red Bull komandası isə Mercedes-dən sonra ən çox dövrə vuran komanda olub.

Daniel Rikkardo: “Yaxşı gün idi. Etibarlı bolidə sahib olmaq və 105 dövrə vurmaq mühəndislərimiz üçün gözəl mükafat idi. Səhər çox yaxşı idi, amma nahardan sonra hava çox soyudu və yaxşı keçmədi. Hava temperaturuna görə təkərlərə nəzarət etmək çətin idi. Məlumat toplamağa çalışdıq.

Barselonanın yeni asfalt qatı çox hamardır və sürüşkəndir. Amma hava isti olsa, bu problemi yaşamayacağıq. Soyuqda çətin idi. Yağışda isə sürüşkən oldu. Çoxlu dövrə vurduq və etibarlılığı yoxladıq. Müqayisə etmək çətindir.

Bolidə girib-çıxanda Halo gülməli olur. Amma sürərkən orada olduğunu hiss etmədim. Bir neçə bolidi izlədim və problem yox idi. Ən yaxşı həll yolu olmasa da, pis deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 168
Teqlər , ,
Paylaş

logo