D.Rikkardo: “Rosberq bir nəfərə Milad hədiyyəsi verdi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Niko Rosberq təqaüdə çıxmaq qərarını açıqlamaqla hər hansı bir sürücüyə Milad hədiyyəsi verib.

F-1.az xatırladır ki, Rosberq Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlamış və avtoidman dünyasına şok yaşatmışdı.

Daniel Rikkardo: “Nikonun təqaüdə çıxması böyük xəbər idi. Bu gözlənilməz idi və bir nəfərə mükəmməl Milad hədiyyəsi vermiş oldu.

Ümid edirəm ki, Rosberqi əvəz edən o yerə layiq olar. Rosberqin ayrılıq qərarı yaxşı idi. İstədiyini əldə etdi. Ona qarşı ədalətli olmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*