D.Rikkardo: “Rəqiblərimiz daha yaxşı təkmilləşirlər”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Ferrari və Mercedes bolidi təkmilləşdirmədə daha güclüdürlər.

F-1.az xatırladır ki, Rikkardo Çində sıralanma turunda 5-ci olmuş və yarışda bir pillə qazanaraq 4-cü yeri tuta bilmişdi. Avstraliyalı sürücü yarışda bir ara 2-ci yerə qədər yüksəlsə də, Fettelin hücumlarına tab gətirə bilməmişdi.

Daniel Rikkardo: “Hazırda Ferrari və Mercedes ilə mübarizə aparacaq paketə sahib deyilik. Amma həmişə belə olmayacaq. Ancaq düşünürəm ki, Kanadaya qədər aradakı fərqi azalda bilməyəcəyik.

Son sıralanma turunda Həmiltondan 1.5 saniyə geridə qaldıq və bu böyük fərqdir. Qısa müddət ərzində bunu həll etməliyik. Yarış tempimiz bir az yaxşı olsa da, sıralanma tempimizi düzəltməliyik. Komandada güclü mühəndislər çoxdur və əminəm ki, problemlər həll olunacaq. Ümid edirəm ki, bunu qısa müddət ərzində həll edərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*