D.Rikkardo qələbəyə inanır

Red Bull komandasının sürücüsü Daniel Rikkardo inanır ki, yeni mövsümdən etibarən Mercedes və Ferrari ilə mübarizə apara biləcəklər.

F-1.az xatırladır ki, Red Bull komandası keçən mövsümün ilk yarışlarında Ferrari və Mercedes-dən geri qalmışdı.

Daniel Rikkardo: “Bizi həyəcanlı mövsüm gözləyir. Hamımız bilirik ki, istədiyimiz şeyi əldə etmək üçün çox işləməliyik. Uğura inanıram. Qaydalar çox dəyişməyib və keçən il bolidi çox təkmilləşdirdik. Buna görə də performansı yeni mövsümdə artıra bilərik. Hər şeyi zaman göstərəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*