D.Rikkardo: “Qələbə qazana bilərik”

Red Bull komandasının sürücüsü Daniel Rikkiardo ümid edir ki, Sinqapur yarışında qələbə uğrunda mübarizə verəcək...

F-1.az xatırladır ki, Rikkardo son qələbəsini 2014-cü ilin Sinqapur QP-də qazanıb. Avstraliyalı sürücü builki Monako yarışında qələbəyə yaxın olsa da, pit vaxtı təkərləri vaxtında hazır olmadığı üçün qələbəni əldən vermişdi. Sinqapur trası da Monako trasını xatırladır.

Daniel Rikkardo : “Bu tras Monako trasına çox oxşayır. Buna görə də bu il ilk qələbəmi qazanmaq üçün yaxşı fürsətim var. Monako yarışından etibarən komanda yaxşı vəziyyətdədir Artıq bazar günləri yarışlardan maksimumu alırıq və mən daha çox xoşbəxt oluram.

Bu həftəsonu komandaya çox təzyiq göstərməyəcım, amma qalib gəlmək istəyirik. Mən inanıram ki, biz qazana bilən bir komandayıq. Buna görə də qazanmaq üçün təzyiq olsa, bunu bacara bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*