20 Noyabr 2017, Bazar ertəsi - 13:29

D.Rikkardo: “Qələbə gözləmirdim”

D.Rikkardo: “Qələbə gözləmirdim”

Müəllif: Rauf Hacıyev, redaktor

19:55 - 25 İyun, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, dəlisov bir yarışı geridə qoyublar.

F-1.az xatırladır ki, avstraliyalı sürücü dünənki sıralanma turunda qəza edərək 10-cu yeri tutmuşdu. Lakin 28 yaşlı sürücünün problemi bunlarla bitməyib və yarışın əvvəlində pitə gələn Rikkardo 17-ci pilləyə qədər geriləyib. Amma Həmiltonun maşınında boyunaltıda yaranan problemdən və Fettelin 10 saniyə Stop&Go cəzasından istifadə edən Daniel ilk Azərbaycan Qran Prisini qazanıb.

Daniel Rikkardo: “Çox dəlisov yarış oldu. Düşünürdük ki, podium real hədəfdir, lakin yarış qazanmaq? Heç xəyalını qurmurdum. Planlaşdırılmamış bir pit-stop etməli oldum. Bolidə bəzi detallar yapışmışdı və onlar qoparılmalı idi. Amma yarışdan əvvəl bütün pulumu qoyaraq mərcə girərdim ki, qazana bilməyəcəm.

Belə yarışı keçən il də gözləyirdik, lakin onda trasa heç təhlükəsizlik avtomobili də çıxmamışdı. Hələ də qalib gəldiyimə inana bilmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 396
Teqlər , , , ,
Paylaş

logo