23 Sentyabr 2018, Bazar - 01:02

D.Rikkardo: “Problemləri tapa bilməmişik”

D.Rikkardo: “Problemləri tapa bilməmişik”

Müəllif: Rauf Hacıyev, redaktor

12:04 - 02 Aprel, 2017

Avstraliya yarışında mühərrik problemi yaşayan Daniel Rikkardo bildirib ki, hələ də problemləri həll edə bilməyiblər.

F-1.az xatırladır ki, Red Bull komandası mövsümün ilk yarışı Avstraliyada ən sürətli 3-cü komanda təəssüratı bağışlamışdı. Maks Ferstappen yarışı 5-ci bitirdiyi halda, Daniel Rikkardo öz publikasının önündə mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Daniel Rikkardo: “Sözün açığı, ölkəmdəki yarışda məqsədim podiuma yüksəlmək idi, amma fərqli-fərqli problemlərlə üzləşdik. Hansını həll edəcəyimizi bilmirdik və buna görə də yarış bizim üçün vaxtından əvvəl bitdi.

İlk sərbəst yürüşlərdın etibarən rəqiblərimiz çox sürətli idilər. Ən sürətli 3-cü komandayıq və artıq önümüzdə 1 yox, 2 rəqibimiz var. Həftəsonu yaşadığımız problemlərə dəqiq cavablar tapa bilmirik. Bəzi şeylər tərs getdi, amma problemlərin haradan gəldiyini bilmirik. Əgər Çinə qədər bəzi problemləri həll etməsək, yenə də arxa sıralarda mübarizə aparmalı olacağıq. Bolid haqqında müəmmalar çoxdur. Bunları tez öyrənərək, Ferrari ilə Mercedes arasında gedən mübarizəyə qoşulmaq istəyirik. Yoxsa aradakı fərq çox artacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 089
Teqlər , , ,
Paylaş

logo