D.Rikkardo peşman deyil

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, startdakı yerində fırlanmaya görə peşman deyil.

F-1.az xatırladır ki, avstraliyalı sürücü startda yerində fırlanaraq, sonuncu yerə düşsə də, yarışı 6-cı yerdə bitirə bilib.

Daniel Rikkardo: “Gözəl start aldıqdan sonra ikinci döngədə xarici trayektoriyada qaldım. Amma risk etdim. Amma işlər gözlədiyim kimi getmədi və idarəetməni itirərək, yerimdə fırlandım. Sözün açığı, peşman deyiləm, çünki riskə getməli idim. Amma boliddə problem olmadı və gözəl yarış keçirə bildim. Lyuisi izləmək istəsəm də, sürətli olduğu üçün bacarmadım. Lakin nəticədən razıyam. Ümid edirəm ki, son yarışdan maksimum xal toplayaraq, mövsümü yaxşı bitirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*