24 Noyabr 2017, Cümə - 17:11

D.Rikkardo narazı qalıb

D.Rikkardo narazı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:02 - 22 Oktyabr, 2017

ABŞ-dakı sıralanma turunda 4-cü yeri tutan Daniel Rikkardo bildirib ki, nəticəyə sevinmir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Kimi Rəykkönen ilə eyni zaman nəticəsini göstərsə də, 4-cü yeri tuta bilib.

Daniel Rikkardo: “Cümə günündən etibarən sazlanma tapmaqda çətinlik çəkirik və sıralanma turunda geridə qalmağımızın səbəbi budur. Əsən külək də bolidə pis təsir etdi və aqressivləşməsinə səbəb oldu. Amma son cəhdimdə boliddən maksimumu alaraq, 4-cü oldum. Buraya gələndə düşünürdük ki, ön qrupa daha yaxın olacağıq. Böyük ehtimalla, küləyə görə sazlanmalar yaxşı işləmədi. Yarış tempimiz çox yaxşıdır və düşünürəm ki, rəqabətədavamlı olacağıq. Ümid edirəm ki, podiumda olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 371
Teqlər , , ,
Paylaş

logo