D.Rikkardo: “Monako bizim üçün böyük şans ola bilər”

Red Bull komandası 2009-cu ildən bəri ilk dəfə keçən il qələbəyə həsrət qalmış, bu il isə keçən həftə İspaniya Qran Prisində ilk qələbəsini Maks Ferstappenlə qazanmışdı.

F-1.az xəbər verir ki, bir çoxları Red Bull-un həmişə olduğu kimi, çox güclü şassisinin olduğunu bildirir, sadəcə olaraq, Renault motorunun zəif olması komandanı geriyə salır. Amma Renaul motorda yenilənmələr edib və  dövrə başına yarım saniyə sürətlənməsi gözlənilir.

Daniel Rikkardo: “Bu mövsüm indiyə qədər komanda olaraq 1 qələbə qazanmışıq və daha 1 dəfə podiuma yüksəlmişik. Monakoda bu rəqəmləri artırmaq üçün yaxşı imkanlarımız olacaq. Monako çox həyəcalanmaq istəmədiyimiz traslardan biridir. Həyəcan əleyhimizə işləyə bilər, ona görə də sakit olmalıyıq. Monakoda yaxşı şanslarımızın olacağını düşünürəm.

Bu tip şəhər trasları sürücüdən bütün bacarıqlarını nümayiş etdirməyi tələb edir. Azarkeşlər, şərhçilər, köhnə pilotlar – hamı orda kimin həqiqətən yaxşı olduğunu və limitlərdə sürməyə çalışdığını görür. Küçə traslarının bu cəhətini bəyənirəm”.

Rikkardo da bir çox Formula1 pilotu və məşhur idmançı kimi Monakoda yaşayır: “Bu, həqiqətən də gözəl bir şeydir. Öz evində qalırsan və özünü daha yaxşı hiss edirsən. Yatağa girməzdən əvvəl televizora baxırsız, oyandığınızda isə öz evinizdə qəlyanaltı edirsiz.

2014-cü ili xatırlayıram. Monakoda podiuma çıxıb evimə kubok və şampanla qayıtdığımda oturub 1 saat əvvəl yarışda olduğumu, indi isə öz evimdə olduğumu düşündüm. Qəribə hiss idi. Sonra isə xeyli pizza sifariş vermişdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*