22 Aprel 2018, Bazar - 06:53

D.Rikkardo Mercedes-ə keçir?

D.Rikkardo Mercedes-ə keçir?

Müəllif: Rauf Hacıyev, redaktor

11:10 - 24 Dekabr, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, 2019-cu ildə Daniel Rikkardonu transfer edə bilərlər.

F-1.az xatırladır ki, 2018-ci ilin sonunda Bottasın və Həmiltonun Mercedes ilə, Rikkardonun isə Red Bull ilə müqaviləsi bitəcək.

Toto Volff: “Hazırda Bottas və Həmilton ilə bir bağlantımız var. 2018-ci ildə yenidən çempion olmağa çalışacağıq. 2019-cu ildə əksər sürücülərin komandaları ilə müqaviləsi bitəcək və onlarla danışıqlar aparmalıyıq. Rikkardo da sərbəst qalacaq və onu komandada görmək gözəl olardı. Təbii ki, Bottasın gördüyü işi gözardı edə bilmərik. Gözəl mövsüm keçirdi və 2018-ci ildə özünü təkmilləşdirsə, onu komandada saxlaya bilərik. Hələ dəqiq söhbət yoxdur. Komanda üçün doğru qərar vermək istəyirik. Mercedes-dəki abu-hava da pozulmamalıdır. Görək necə olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 123
Teqlər , , , , ,
Paylaş

logo