21 Sentyabr 2017, Cümə axşamı - 05:40

D.Rikkardo: “Mercedes çox qorxuncdur”

D.Rikkardo: “Mercedes çox qorxuncdur”

Müəllif: Rauf Hacıyev, redaktor

13:51 - 11 İyun, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Mercedes komandasının sıralanma performansı qorxuludur.

F-1.az xatırladır ki, Lyuis Həmilton Kanadada sıralanma turunda ən yaxın izləyicisi Fettelə 0.3 saniyə fərq ataraq poul qazanıb. Rikkardo isə sıralanma turunda 6-cı yeri tutub.

Daniel Rikkardo: “İkinci sessiyada ön qrupa yaxın idik, lakin sıralanmanın üçüncü sessiyasında Ferrari və Mercedes əsl performanslarını göstərərək, böyük fərq atdılar. Sıralanma turunda Mercedes-in sürətinə sahib olmaq istərdim. Lyuisin dünənki dövrəsi qətiliklə qorxunc idi.

Uzun düzlüklərdə əyləcə bir az tez basmalısınız. Əks halda, yavaşlamaq çox çətin olur. Hələ də şassiylə bağlı əlimizdən gələni edirik. Buraya çoxlu yeniliklər gətirdik və bunların yaxşı işlədiyini düşünürəm, lakin sıralanma turunda rəqiblərimizə çatmaq çox çətindir.

Mercedes-in bu tempi yarışda davam etdirəcəyinə inanmıram. Xüsusən də, təkərlərlə bağlı çox problemlər yaşayırlar. Görək nə olur. Böyük ehtimalla yarışda Ferrari ilə təkər-təkərə mübarizə edəcəklər. Biz də bu mübarizədən maksimum istifadə etmək istəyirik”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 91
Teqlər , , , , ,
Paylaş

logo