24 Sentyabr 2017, Bazar - 09:14

D.Rikkardo: “Maksın dövrələri cəsarətvericidir”

D.Rikkardo: “Maksın dövrələri cəsarətvericidir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:32 - 10 İyun, 2017

Red Bull komandasının sürücüsü Kanadada cümə günü sərbəst yürüşlərində mühərriklə bağlı problem yaşayaraq 15-ci olsa da, ümidini itirmir.

F-1.az xatırladır ki, avstraliyalının komanda yoldaşı Maks Ferstappen də qəza edərək, sessiyanı vaxtından əvvəl bitirmişdi.

Daniel Rikkardo: “Gün mənimçün elə də hərəkətli keçmədi. Bəlkə də Alonsodan daha çox dövrə vurdum. Bilmirəm. Birinci sessiya yaxşı keçsə də, ikinci sessiyada mühərriklə bağlı problem yaşadıq. Lakin Maks çoxlu dövrələr vurdu və liderlərlə fərq çox az idi. Ümid edirəm ki, şənbə günü sürətli olarıq. Yarış tempində necə olduğumuzu bilmirəm. Maks sıralanma tempində işlədi və yaxşı məlumatlar topladı. Çox az dövrə vurduğum üçün məlumatlara baxmalıyam. Ümid edirəm ki, şənbə günü güclü olarıq. Komanda qalib gəlmək istəyir və bunun üçün işləyir. Burada və ya başqa trasda əlimizdən gələni edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 68
Teqlər , , ,
Paylaş

logo