15 Dekabr 2017, Cümə - 23:39

D.Rikkardo komandasına qəzəblənib

D.Rikkardo komandasına qəzəblənib

Müəllif: Rauf Hacıyev, redaktor

19:04 - 27 May, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo səhv strategiyaya görə komandasına əsəbiləşib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda lider Rəykkönendən 0.8 saniyə geridə qalıb.

Daniel Rikkardo: “Sıralanma turunun son sessiyasında 1 dövrə vurmağa qərar vermişdik. Çünki ilk iki sessiyada təkərlər əlavə dövrələrdə yeyilirdi.

Amma komanda məni trasa tez buraxdı və traffikə düşdüm. Nəticədə təkərləri qızdırmaqda çətinlik çəkdim. Məni trasa bir neçə saniyə gec buraxsalar, önüm açıq olardı. Buna görə də niyə belə etdiklərini anlamıram. Bəlkə də mən başa düşmürəm. Çox bəsit səhv etdik və çox vaxt itirdik. Daha yaxşı dövrə vura bilərdim, amma bu barədə artıq danışmaq istəmirəm. Ümid edirəm ki, sabah problemsiz bir gün keçirdərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 690
Teqlər , , ,
Paylaş

logo