20 Noyabr 2017, Bazar ertəsi - 06:10

D.Rikkardo: “Komanda yaxşı vəziyyətdədir”

D.Rikkardo: “Komanda yaxşı vəziyyətdədir”

Müəllif: Rauf Hacıyev, redaktor

15:24 - 26 Fevral, 2016

Red Bull komandasının sürücüsü Daniel Rikkardo dünən başa çatan birinci qış testləri barədə təəssüratlarını bildirib…

F-1.az xəbər verir ki, Daniel Rikkardo testlərin ilk iki günündə 200 dövrə vurub və bildirib ki, Renault-nun onlara verdiyi yeni güc qurğusu yaxşı işləyir və onlar etibarlılıq problemlərinin çoxunu həll ediblər.

Avstraliyalı sürücü bildirib ki, komandada yüksək əhval ruhiyyə hökm sürür: “Mövsümün ilk yarışlarında mükəmməl nəticələr əldə edə bilməyəcəyik, amma doğru yoldayıq. Ümid edirik ki, yarışlardan yaxşı xallar alacayıq”.

Qeyd edək ki, Red Bull komandası 4 günlük testlərdə 369 dövrə vurub. Renault mühərrikləri isə 3314 km yol qət edib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 183
Teqlər ,
Paylaş

logo