16 Dekabr 2017, Şənbə - 15:09

D.Rikkardo: “Komanda maşınımızı ən yaxşı şəkildə inkişaf etdirir”

D.Rikkardo: “Komanda maşınımızı ən yaxşı şəkildə inkişaf etdirir”

Müəllif: Elçin Zodorov, redaktor

11:22 - 05 Oktyabr, 2016

Avstraliyalı sürücü Red Bull-a keçdiyindən bəri ən yaxşı maşınının bu il hazırlandığını düşünür.

F-1.az bildirir ki, motor tədarükcüsü Renault ilə münasibətlərini düzəldən və RB12-yə effektiv yeniliklər gətirən Red Bull hazırda Mercedes AMG-nin ən ciddi rəqibidir.

Daniel Rikkardo: “Maşında etdiyimiz hər dəyişiklik müsbət nəticə verir. Təbii ki, bunda bizim mühəndislərlə apardığımız fikir mübadilələrinin də rolu ola bilər. Komandaya gəldiyimdən bəri ən yaxşı mövsümümü keçirirəm. Maşında yoxladığım bir çox şey işləyib”.

Qeyd edək ki, son yarışlarda Ferrari-ni keçərək Mühəndislər Kubokunda 2-ci yerə yüksələn komanda Malayziya Qran Prisində 43 xal toplayaraq yerini daha da möhkəmlədib. Hazırda italiyalı rəqiblərini 46 xallıq fərqlə üstələyirlər və son 5 yarışda da bu üstünyülü qoruyacaqları real görünür…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 148
Teqlər ,
Paylaş

logo