D.Rikkardo Kanadadakı uğurunu təkrarlamaq istəyir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo yaxşı xatirələr yaşadığı Kanadada yenidən yarışmaq üçün səbirsizlənir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2014-cü ildə karyerasının ilk qələbəsini məhz Kanadada əldə etmişdi.

Daniel Rikkardo: “Kanadanı və buradakı yarışı çox sevirəm. Sürüş tərzimə uyğundur və buna görə də həzz alıram. Bu trasda da divarlara yaxınıq. Daha əvvəl burada karyeramın ilk qələbəsini əldə etmişdim. Burada mükəmməl vaxt keçirdirəm. Buranı sevməmək üçün heç bir səbəb yoxdur.

Keçən il hava soyuq olduğu üçün təkərləri qızdırmaqda çətinlik çəkmişdik. Ümid edirəm ki, hava şəraiti həftəsonu daha yaxşı olar və biz də rəqabətədavamlı olarıq. Kanadaya getməmişdən əvvəl Amerikadakı dostlarımla vaxt keçirəcəm. Ümid edirəm ki, yarışdan yaxşı xallar alarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*