24 Oktyabr 2018, Çərşənbə - 09:13

D.Rikkardo: “İşin 50 faizini gördük”

D.Rikkardo: “İşin 50 faizini gördük”

Müəllif: Rauf Hacıyev, redaktor

18:36 - 26 May, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Monakoda poul qazanmaqla işin 50 faizini görüb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 71 saniyənin altına enərək, həm özü, həm də komandası üçün iki ildən sonra ilk poulu qazanıb.

Daniel Rikkardo: “Cümə axşamı dediyimiz kimi rəqabətədavamlı olmağı gözləyirdik. Lakin yarış sabahdır və bazar günü bayram etmək istəyirik. Əvvəlki illərdə burada çox problem yaşadım və bunları unutmaq istəyirəm. Yarımçıq qalmış işim və içimdə yanan bir od var. Bu gün əlimdən gələni etdiyim üçün çox xoşbəxtəm. Sıralanma turu gözəl keçdi və hegemonluq edərək poul qazandım. Sabahı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, başıma pis iş gəlməz və Monakoda gözlədiyim qələbəni qazanaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 86
Teqlər , , ,
Paylaş

logo