18 Noyabr 2017, Şənbə - 01:01

D.Rikkardo: “Hədəfimiz Mercedes AMG deyil”

D.Rikkardo: “Hədəfimiz Mercedes AMG deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

15:56 - 28 Fevral, 2016

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, onların hədəfi Mercedes AMG deyil…

F-1.az xəbər verir ki, hamı yeni mövsümdə Mercedes AMG ilə Ferrari arasında çempionluq mübarizəsi gözləyir.

Ancaq Mercedes AMG ilk qış testlərində çox güclü çıxış edib və almanların hegemonluğunun davam edəcəyini düşünənlər çoxalıb.

Daniel Rikkardo çempion komanda barədə fikirlərini bildirib: “Onlar hazırda çox güclüdürlər. Gözləyib, görəcəyik. Onlar Avstraliya QP-də dubl etsələr təəccüblənmərəm. Hətta mən düşünürəm ki, onlar ilk 4 yarışda dubl edəcəklər.

Hazırda bizim hədəfimiz onlar deyil. Onlar tərəfə baxmırıq. İlk yarışlarda biz istədiyimiz səviyyədə olmayacayıq.

Biz düşünürük ki, Avropa yarışlarından etibarən podiuma yaxın olacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 229
Teqlər , ,
Paylaş

logo