D.Rikkardo: “Gələn il işimiz çətin olacaq”

Daniel Rikkardo bildirib ki, bəzi sürücülər 2017-ci ildəki qayda dəyişikliklərinə görə fiziki cəhətdən problem yaşayacaqlar.

F-1.az xatırladır ki, 2017-ci ildə texniki reqlamentdə dəyişikliklər olacaq və təkərlər 25 faiz enlənəcək. Beləliklə, yeni bolid həm sürətli olacaq, həm də çətin idarə olunacaq.

Rikkardo əvvəlki açıqlamalarında bildirmişdi ki, buna görə daha gərgin məşqlərə başlayacaq. Avstraliyalı sürücü yeni açıqlamasında da bu barədə danışıb: “Əgər bolidlər bizi ilk etdiyim testdəki kimi fiziki cəhətdən yoracaqsa, hamı şoka düşəcək. Fiziki cəhətdən çox dəyişiklik olub. Artıq əvvəlki kimi asan olmayacaq. Sürücülər buna hazır olmalıdırlar. Bu vəziyyəti ciddiyə almayan sürücülər bolidə ilk dəfə minəndə ciddi problemlər yaşaya bilərlər. Xüsusən də, isti havada keçən yarışlar çox çətin olacaq. Malayziya və Sinqapur yarışlarının son 15-20 dövrəsi cəhənnəm kimi olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*