D.Rikkardo gələn il çempion olmaq istəyir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, gələn il çempionluq uğrunda mübarizə apara bilərlər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü çempionatda 4-cü yer uğrunda mübarizə aparır və əsas rəqibi Rəykköneni 7 xal qabaqlayır.

Daniel Rikkardo: “Bu mövsüm gözləntilərimiz yüksək idi. Ümid edirik ki, gələn il fərqi azaldarıq. Bu çempionluq üçün bəs edəcəkmi? Məncə, daha yaxın olacağıq. Əvvəldən proqnoz vermək istəməsəm də, bu il çox şey öyrəndik. Qışda gərgin işləməliyik.

Gələn il öz adıma boşluqları doldurmaq istəyirəm. Məncə, yaxşı mövsüm keçirtdim. Amma mən 20 yarışda da güclü olmaq istəyirəm. Bu mövsümdən razı idim, lakin özümü daha yaxşı göstərmək istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*