15 Avqust 2018, Çərşənbə - 05:19

D.Rikkardo gələcəyi barədə danışıb

D.Rikkardo gələcəyi barədə danışıb

Müəllif: Rauf Hacıyev, redaktor

10:06 - 22 İyun, 2018

Transfer bazarının kralı olan Daniel Rikkardo bildirib ki, gələcək komandasını seçərkən hər şeyi dəyərləndirəcək.

F-1.az xəbər verib ki, McLaren komandası avstraliyalı sürücüyə 20 milyon dollar illik maaş təklif edib.

Daniel Rikkardo: “Bunu bir saat əvvəl gördüm. Mənə belə təklif gəlməyib. Düzünü desəm, hamı Mercedes və Ferrari-dən danışanda digər komandalar da maraq göstərəcək. McLaren də bunlardan biridir. Böyük ehtimalla Fernandonun qərarını gözləyəcəklər. Getsə, yerinə təcrübəli sürücü istəyəcəklər. Hazırda dəyərləndirməyə çox alternativimiz var.

Red Bull-un Honda ilə müqavilə bağlayacağından xəbərdar idim. Təəccüblənmədim. Beynimdə bunu hazırlamışdım. İndi bunu anlamağa çalışacam. Hər şeyi bir araya gətirirdim ki, bu baş verdi. Bunun müsbət tərəfləri də olacaq. Renault da bu il inkişaf edib. Hələ də sıralanma turu rejimimiz yoxdur. Amma yarış tempimiz çox yaxşıdır. Honda da Toro Rosso ilə inkişaf edir. Amma hansı sürətli olacaq bilinmir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 54
Teqlər , ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo