25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:26

D.Rikkardo: “Fetteli bilərək vurdum”

D.Rikkardo: “Fetteli bilərək vurdum”

Müəllif: Rauf Hacıyev, redaktor

09:14 - 11 Aprel, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, yarışda çox darıxıb və bolidini Fettelin bolidinə çırpmaq qərarına gəlib.

F-1.az xatırladır ki, Rikkardo Çin yarışında uzun müddət iki Ferrari sürücüsünü arxasında saxlayıb, amma Fettel xarici radiusla avstraliyalıya hücum edərək ötmək istərkən, Rikkardo bolidini almaniyalı sürücünün bolidinə vurub. Düzdür, bu insidentdən sonra hər iki sürücü problemsiz yoluna davam edə bilib.

Rikkardo bildirib ki, azarkeşlərə həyəcan yaşatmaq üçün Fettellə təmas edib və bunun heç kəsə zərəri yoxdur: “Sözün açığı, yarışda bir az həyəcanlandım və bir az həyəcan qatmaq istədim. Oradakı təması bilərəkdən etmədim desəm, yalan olar. Bir az tüstü çıxarmaqdan heç kəsə zərər gəlməz. Azarkeşlər də həyəcanlandılar.

Birinci SuperSoft təkərləri işlətməkdə çətinlik çəkdim və rəqiblərimdən geridə qalmağa başladım. İkinci pit-stopdan sonra özümü yaxşı hiss etməyə başladım, amma artıq podium uğrunda mübarizə edirdik. Ümid edirəm ki, Bəhreyndə yaxşı nəticə alaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 768
Teqlər , , , , ,
Paylaş

logo