19 Oktyabr 2017, Cümə axşamı - 00:18

D.Rikkardo Ferstappenlə barışıb

D.Rikkardo Ferstappenlə barışıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:20 - 01 Avqust, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, komanda yoldaşı Maks Ferstappenlə danışaraq hər şeyi yoluna qoyublar.

F-1.az xatırladır ki, Ferstappen Macarıstan yarışının startında gec əylənərək komanda yoldaşı Daniel Rikkardoya çırpılmış və avstraliyalı sürücü bu təmasdan sonra mübarizəni dayandırmalı olmuşdu.

Daniel Rikkardo: “O hadisələri qəbul etmək asan deyildi. Bütün həftə bir yarışa hazırlaşırsınız və bir neçə saniyəyə hər şey bitir. Maksla yarışdan sonra danışdıq və məndən üzr istədi. Ətrafımızda heç kim olmadan və medianı buraya daxil etmədən problemi həll etdik. İndi növbədə 4 həftəlik tətil var. Bu müddətdə bir az dincəlib sonra Belçika yarışına hazırlaşacağıq. Ümid edirəm ki, qələbə uğrunda mübarizə apararıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 866
Teqlər , , , ,
Paylaş

logo