D.Rikkardo: “Ferstappendən qorxmuram”

Daniel Rikkardo bildirib ki, komanda yoldaşı Maks Ferstappendən qorxmur və əlavə edib ki, ancaq köpək balığından və ilandan qorxur...

F-1.az xatırladır ki, Ferstappen Red Bull-a İspaniya QP-dən etibarən qoşulub və bu müddət ərzində 77 xal topladığı halda, Rikkardo 64 xal toplayıb.

Amma avstraliyalı sürücü bildirib ki, Ferstappendən qorxmur: “O, bu templə getsə, növbəti 5-10 il ərzində daha güclü olsa, onda çox qorxulu olacaq. Amma mən ancaq köpək balıqları və ilanlardan qorxuram. Buna görə də problem yoxdur”.

Rikkardo Ferstappenin gerisində qaldığı üçün heç bir bəhanə gətirməyəcəyini və holllandiyalı ilə arasının yaxşı olduğunu deyib: “Ferstappenin daha çox xal qazanmasından narahat deyiləm. O çox işləyir və bundan xəbərdaram. Bu il yarış qazandı və bir neçə dəfə podiuma yüksəldi. Bunu demək xoşuma gəlməsə də, dürüst olmalıyıq. İndiyə qədər ən azı bir qələbə qazana bilərdim. Rəqabətədavamlı olsam da, pis vaxta düşdüm. Bəxt məndən üz döndərdi. O isə daha cəld tərpənərək, özünü sübut etdi. Əgər onu məğlub etmək istəyirəmsə, bəhanələr gətirməyəcəm. O məndən sürətlidir və məndən çox xal qazandı. Amma çox vaxt yaxın idik. Komanda daxilində problem yoxdur. Sadəcə əlimizdən gələni edirik. Bunu edirəmsə, sürətli olaram”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*