D.Rikkardo: “Ferstappen gələcəyin Dünya Çempionudur”

Daniel Rikkardo bildirib ki, o komanda yoldaşı Maks Ferstappenin performansını ciddi qarşılayır..

F-1.az xatırladır ki, Maks Ferstappen Red Bull ilə çıxdığı ilk yarışı qazanaraq, hamını təəccübləndirmişdi. Gənc sürücü güclü performans göstərməyə davam edir və bəzən Rikkardonu geridə qoyur. Amma Rikkardo son yarışlarda üstünlüyü yenidən qaytarıb və avstraliyalı sürücü bildirir ki, o Ferstappeni ciddi qarşılayır: “Maksı ciddi qarşılayıram. Onun Karlos Sayns ilə mübarizəsindən xəbərim var və sürətli olduğunu bilirəm. Mən bilirdim ki, aramızda mübarizə olacaq. Onu çox yaxşı tanıyıram və nə qədər sürətli olduğunu bilirəm.

Maks və Karlosun nəticələri çox yaxın idi. Müasir dövrdə gənc sürücülər idmana tez öyrəşir. Ferstappen gələcəyin Dünya Çempionudur. Komanda Maksın Toro Rosso-dakı performansını təhlil etdi və onun hazır olduğunu düşündü”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*