D.Rikkardo: “Ferrari mənimlə maraqlanır”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, əgər Ferrari Rəykkönen ilə yeni müqavilə bağlamasa, finlandiyalının yerinə real namizədlərdən biri olduğunu bilir...

F-1.az xatırladır ki, Ferrari hələ də Sebastyan Fettelin gələnilki komanda yoldaşının kim olduğunu açıqlamayıb. Komanda Rəykkönen ilə yeni müqavilə bağlaya bilər və ya başqa sürücü transfer edə bilər. Rikkardonun Red Bull ilə olan müqaviləsi gələn ilin sonunda bitir və avstraliyalının adı Ferrari ilə tez-tez çəkilir.

Daniel Rikkardo: “Keçən il olduğu kimi bu il də Ferrari-nin siyahısında olduğumu bilirəm. Bəs o siyahıda olan tək sürücü mənəm? Böyük ehtimalla, yox. Onlar üçün alternativəm? Bilmirəm.

Bu barədə Ferrari ilə aramızda heç bir dəqiqlik yoxdur. Hələ mənim yanıma gəlib “Rəykkönen artıq komandadan gedir və onun yerinə səni istəyirik. Bizimlə işləmək istəyərsənmi?” soruşmayıblar. Mənimlə maraqlandıqlarını bilirəm və buna görə də onları günahkar saymıram. Amma mətbuatda çıxan söz-söhbətlərdən başqa heç nə yoxdur”

Əgər Rikkardo Ferrari-yə transfer olunsa, Sebastyan Fettelin komanda yoldaşı olacaq. Bu çütlük 2014-cü ildə Red Bull komandasında bir yerdə çıxış etmişdi. Rikkardo 4 qat Dünya Çempionu olan komanda yoldaşını böyük fərqlə məğlub etmişdi.

Rikkardo bildirib ki, əgər bu transfer rellaşsa, Fetteldən çəkinməyəcək, amma çempionluq mübarizəsi verəcək bolid istəyəcək: “Bəli, Fettellə yenidən komanda yoldaşı olsam, bu problem olmaz, ancaq Ferrari-yə keçsəm, ona qarşı çempionluq mübarizəsi vermək istəyirəm. Amma mənim başqa komanda yoldaşı seçmək imkanım olsa, Həmilton və ya Alonsonu seçərdim”.

Daniel Rikkardo etiraf edib ki, Red Bull-a yeni transfer olunanda Fettelə qarşı təmkinli davranıb: “Red Bull-a transfer olunmadan əvvəl Mark Uebber ilə olan münasibətlərini bilirdim və buna görə də bir az təmkinli davrandım. Sonradan Fettellə aramız yaxşılaşdı və bütün mövsüm ərzində onu məğlub etdim. O heç vaxt bəhanə gətirmədi və yarışlardan sonra həmişə məni təbrik edirdi. Yəni, yaxşı komanda yoldaşı idik. O çox sürətlidir və bir gün komanda yoldaşı olsaq, onunla rəqabət apara bilərik. Biz əsl döyüşçü kimiyik. Əgər rəqibimizə məğlub olsaq, keçmişi unudub, onunla yenidən mübarizə apararıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*