D.Rikkardo: “Ən güclü dövrümüzü keçiririk”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, komanda 2014-cü ildən bəri ilk dəfə belə güclü test dövrü keçirib.

F-1.az xatırladır ki, Rikkardo və Ferstappen 8 günlük testlərdə ümumilikdə 783 dövrə vurublar.

Daniel Rikkardo: “Əvvəlki ilə nisbətən daha yaxşı hazırlaşmışıq. Böyük ehtimalla komandaya qoşulduqdan sonra ən yaxşı test günlərimizi keçirdik. Çoxlu dövrə vurduq. Məncə, bolidin tempi pis deyil. Bəzi şeyləri təkmilləşdirə bilərik. Amma ilk yarış üçün özümüzə daha çox güvənirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*