19 Noyabr 2017, Bazar - 18:19

D.Rikkardo: “Ən çətin podiumum oldu”

D.Rikkardo: “Ən çətin podiumum oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

20:05 - 13 İyun, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, karyerasında ən çətin üçüncülüyü qazanıb və səhv etmədiyi üçün xoşbəxt olduğunu əlavə edib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Kanadada yarışboyu Peres, Okon və Fettelin təzyiqlərinə baxmayaraq, bu mövsüm ardıcıl üçüncü podiumunu qazanıb.

Daniel Rikkardo: “Sözün açığı, bu karyeramda ən çətin podiumlardan biri idi. Düşünürdük ki, Soft təkərləri taxmaq düzgün olar. Amma sonra gördük ki, SuperSoft təkərlər daha yaxşı imiş. Peres mənə yaxın idi. Elə olurdu ki, hərdən geri qalırdı və təzədən hücuma keçirdi. Onları arxamda tutmaq qətiliklə çətin idi. Səhv etməməli idim və bunu bacardım. Son sektorda hər şey qüsursuz olmalı idi. DRS ilə hücum edə bilərdilər. Amma xəta etməyərək, damalı bayrağı gördüm. Əlimizə düşən fürsətdən istifadə etdik. Damalı bayrağı görəndə rahat nəfəs aldım. Gözəl yarış idi və həzz aldım. Ümid edirəm ki, Bakıda da yaxşı nəticə qazanarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 315
Teqlər , , ,
Paylaş

logo