21 Oktyabr 2018, Bazar - 16:53

D.Rikkardo ədalətli mübarizə istəyir

D.Rikkardo ədalətli mübarizə istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

18:13 - 13 Yanvar, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Maks Ferstappenlə ədalətli mübarizə istəyir.

F-1.az xatırladır ki, Ferstappen komandası ilə 2020-ci ilə qədər müqavilə bağladığı halda, avstraliyalı sürücü yeni müqavilə üçün tələsmir. Buna görə də Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, komandanı hollandiyalı sürücünün üzərində toplayacaqlar.

Daniel Rikkardo: “Hornerin dediyi sözləri eşitmək istəməzdim. Əvvəlcə onun danışıqlarını gördüm. Buna görə də mənə açıqlama verdi. Dedi ki, səhv anlama. Komanda ikimiz üçün də işləyəcək. Keçən ilin son yarışlarında Maks yeni mühərrikdən istifadə etdi. Tək fərq bu idi. Amma narahat deyiləm. Problem olsaydı, çoxdan danışardıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , ,
Paylaş

logo