D.Rikkardo: “Çempionluq üçün bir qələbə lazımdır”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, yay tətilindən əvvəl bir qələbə qazansa, çempionluq üçün şansı ola bilər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü bu il həm Çində, həm də Monakoda qalib gəlib və hazırda çempionatın lideri Lyuis Həmiltondan 38 xal geridə – 3-cü yerdədir. Red Bull komandası mühərrik cəhətdən rəqiblərindən geri qalsa da, Rikkardo əsas rəqibləri olan Həmilton və Fettellə eyni sayda – iki qələbə qazanıb.

Daniel Rikkardo: “Qələbədən sonra belə sualın verilməsi təbiidir. Lyuis ilə xal fərqimiz çoxdur və hazırda rəqabətdən uzaqda görünürük. Mümkünsüz olmasa da, hələ bu barədə düşünmürəm. Ancaq nə olursa-olsun sürüş tərzimi və hədəflərimi dəyişməyəcəm. Yay tətilindən əvvəl bir yarışda qalib gəlsəm, çempionluq üçün gözəl fürsətim olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*