D.Rikkardo: “Burada bəxtim gətirmir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Sinqapurda ardıcıl 3-cü dəfə 2-ci olduqdan sonra bəxtsizliyindən şikayətlənib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 3-cü yerdən başlasa da, start insidentinə görə arxada qalıb və Həmiltonu önə buraxmalı olub. Yarış ərzində britaniyalı rəqibinə ciddi hücm edə bilməyən Rikkardo yarışı 2-ci pillədə bitirib.

Daniel Rikkardo: “Burada heç qalib gələ bilmirəm. Hər dövrə yeni şeylər sınadım, amma Lyuisə çatacaq qədər sürətli deyildik. Bu nəticə ilə razılaşmalı oldum. Təbii ki, bir az məyusuq. Sıralanma turuna qədər tempimiz əla idi və qazanmaq üçün şansımız var idi. Ancaq podiumda olmaq da gözəldir. Öndəki insidenti tam olaraq görmədim. Kimin səhvi olduğunu bilmirəm. Onlara təmas etməmək üçün bolidi qaçırtdım və daha sonra normal yarış oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*