24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:30

D.Rikkardo: “Bottasın bəxti gətirdi”

D.Rikkardo: “Bottasın bəxti gətirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

13:04 - 11 İyul, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Avstriyada Bottasın qüsursuz startına bəxt kömək edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Red Bull Rinqdə işıqforun işıqlarına 0.201 saniyədən sonra reaksiya verərək, mükəmməl start almış və ilk döngəyə rahatlıqla girmişdi. Hadisədən sonra Ferrari komandasının sürücüsü Sebastyan Fettel rəqibinin erkən start aldığını demiş və insidentin araşdırılmasını istəmişdi. Stüardlar Bottasın startını araşdırdıqdan sonra Mercedes komandasının sürücüsünə heç bir cəza verməmişdilər.

Daniel Rikkardo: “İşıqlar normadan bir az çox yanılı qaldı və Valtteri əla iş gördü. Yenə də bunu bilərəkdən etdiyini düşünmürəm. Bəxti də gətirdi. Qaz pedalını sıxdığı anda işıqlar söndü və hadisədən cəza almadan qurtula bildi. Mən də bir dəfə Formula3-də bunu sınamışdım. Növbəti dəfə əminəm ki, eyni formada start almayacaq.

Növbədəki Britaniya yarışında podiuma yüksəlməyə çalışacağam. Son yarışlarda tempimiz əladır və buna görə də növbəti yarışlarda da gözəl xallar almaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 532
Teqlər , , , , , ,
Paylaş

logo