D.Rikkardo: “Bilirdim ki, poul uğrunda mübarizə apara bilərəm”

Meksika Qran Prisinin sıralanma turunda poul qazanan Rikkardo rahatlaşdığını deyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü son cəhdində səhvsiz dövrə vuraraq, karyerasının 3-cü poulunu qazanıb.

Daniel Rikkardo: “Sərbəst yürüşlərdə təmiz dövrələr vura bilmədim. Son cəhddə təmiz dövrə vurmağın vacib olduğunu bilirdim. Bolidin performansından xəbərdar idim və Maks bunu üç gün idi ki, göstərirdi.

Amma poul dövrəm də ən təmiz dövrəm deyildi. Lakin rahatlaşmaq olar”.

Qeyd edək ki, Red Bull 2013-cü ilin Amerika yarışından sonra ilk dəfədir ki, birinci cərgəni zəbt edib və bu, Rikkardonun Monako xaricində poul aldığı ilk Qran Pridir.

Daniel Rikkardo: “Bu əlamət poulu daha da xüsusi edir. Daha əvvəl Monakoda bunu bacarmışdım və başqa trasda yenidən poul qazanmaq gözəl oldu. Maksla çox yaxın idik. Nəticələr komanda üçün əladır. İlk cərgədən start alacağıq. Red Bull bu uğura son dəfə nə vaxt nail olub xatırlamıram. Buna görə də əla nəticədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*