20 Oktyabr 2017, Cümə - 21:58

D.Rikkardo: “Beşincilik ən yaxşı nəticə idi”

D.Rikkardo: “Beşincilik ən yaxşı nəticə idi”

Müəllif: Rauf Hacıyev, redaktor

15:11 - 17 İyul, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Britaniyada 5-cilik onun üçün ən yaxşı nəticədir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda turbo problemi yaşamış və buna görə də yarışa 19-cu yerdən başlamalı olmuşdu.

Daniel startda 14-cü yerə qədər yüksəlsə də, tras xaricinə çıxaraq yenidən sonuncu yerə geriləmişdi. Lakin daha sonra mükəmməl manevrlərlə rəqiblərini geridə qoyan Rikkardo son dövrələrdə Fettelin təkərinin partlamasından da istifadə edərək, 5-ci yeri tutmuşdu.

Daniel Rikkardo: “Bütün yarış mübarizə apardım. Doğrudan da mükəmməl iş gördük və dördüncü döngədə iki rəqibimi birdən qabaqladım. Üçüncüsünə doğru gedirdim ki, Qrojanın arxasında çınqıllı sahəyə çıxdım. Orada səhv etdim. Həmin yer bolidi yerləşdirmək üçün ideal yer deyildi. Ondan sonra bolidin altlığı zədələndi. Sonuncu yerə düşsəm də, sona qədər mübarizə apardım və 5-ci oldum. Gözəl dəqiqələr idi. Həzz aldım. Beşinciyəm və bundan artığını istəyə bilməzdim.

Asan deyildi. Yenidən geriyə düşdükdən sonra çox çətinləşdi. Axıra qədər mübarizə apardım. Sebastyanın problemi mənə 5-ciliyi gətirdi. Ona təşəkkür etmək istəyirəm. Dəlisov yarış idi. Arxa qrupda mübarizə aparmaqdan həzz aldım. Bütün yarışı mübarizə apardım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 312
Teqlər , , ,
Paylaş

logo