D.Rikkardo: “Bakı Şəhər Halqası çox çətin trasdır”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo asfaltla ilişmənin az olmasına baxmayaraq, Bakıda Cümə gününü üçlükdə bağladığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Azərbaycandakı birinci sərbəst yürüşlərdə 2-ci, ikinci sərbəst yürüşlərdə isə 3-cü pilləni tutub.

Qeyd edək ki, Red Bull komandası Renault-nun zəif düzlük performansına görə Azərbaycan Qran Prisində favorit sayılmırdı.

Daniel Rikkardo: “Hər iki sessiyada da üçlükdə olmaq günün ən yaxşı tərəfidir. Bizim üçün əla gün idi. Səhər güclü idik, lakin bilirdim ki, daha yaxşı sazlanma ilə nəticəmizi təkmilləşdirərik.

Nahardan sonra da işlər istədiyim kimi getdi. Yenə də xoşbəxtəm. Ferrari, Mercedes və Red Bull bir-birilərinə çox yaxındırlar. Buraya Force İndia və Williams komandalarını da əlavə edə bilərik. Eşitdim ki, Ferrari və Fettel yarış tempində güclüdürlər. Amma hələlik performansımdan razıyam.

Hər iki sessiyada da mükəmməl dövrə vurmaq asan deyildi. İlk sessiyadan asfalt çox sürüşkən idi və problemlər çox idi. Daha az asfaltayatma qüvvəsi və yeni bolidlərlə təkərlər bu cəhətdən işimizi ikiqat çətinləşdirdi. Əylənmə zonalarını tapmaq çətin idi. Bakı Şəhər Halqası çox çətin trasdır. Sabah və sonrakı gün haqqında şərh vermək çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*