17 Oktyabr 2018, Çərşənbə - 04:56

D.Rikkardo: “Bakı möhtəşəm görünür”

D.Rikkardo: “Bakı möhtəşəm görünür”

Müəllif: Rauf Hacıyev, redaktor

16:58 - 04 İyun, 2016

Red Bull Racing komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen Bakıda keçiriləcək ilk Formula1 yarışını səbirsizliklə gözləyirlər.

F-1.az xatırladır ki, bu il ölkəmizdə ilk dəfə Formula1 yarışı keçiriləcək və yarış Bakımızın küçələrində baş tutacaq.

Daniel Rikkardo: “Baki səfərimizi gözləyirəm. Yeni tras hər bir pilot üçün böyük bir mübarizədir. Şəhər trası olması isə məni daha çox sevindirir. Şəhərin fotolarını görmüşəm: düşünürəm çox xoşuma gələcək. Bakı mənə Budapeşti xatırladır“.

Maks Ferstappenin atası Yos Ferstappen 2012-ci ildə Bakıda keçirilən GT3 yarışında iştirak etmişdi.

Maks Ferstappen: “Atam 2012-ci ildə Bakıda keçirilmiş GT3 yarışlarında iştirak edib. Mən həmin yarışlara canlı yayımda baxmıışam və deyə bilərəm ki, bizim yarışacağımız trasın bəzi hissələri çox oxşardır. Atam şəhər haqqında xoş təəssüratlarını mənimlə paylaşıb, buna görə səbirsizliklə Bakıya gələcəyimiz günü gözləyirəm.  Şəhər traslarında uzun düzlük olur və bu bolidin ayarlarında əlavə çətinliklər yaradır.  Şəhər traslarında, həmçinin, asfalta yatma qüvvəsi lazım olur, lakin uzun düzlük bolidin ayarlarında bizi güzəştə getməyə məcbur edir.

Bütün pilotlar və komandalar hər şeyə sıfırdan başlayacaqlar. Yeni ölkələri və avtodromları kəşf etmək hər zaman maraqlı olub”.

“.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 830
Teqlər , , ,
Paylaş

logo