11 Dekabr 2017, Bazar ertəsi - 04:21

D.Rikkardo: “Axır ki, podiuma yüksəldim”

D.Rikkardo: “Axır ki, podiuma yüksəldim”

Müəllif: Rauf Hacıyev, redaktor

12:02 - 08 Oktyabr, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Yaponiyada ilk dəfə podiuma yüksəldiyi üçün sevinclidir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Yaponiya yarışının startında 5-ci pilləyə qədər geriləsə də, Fettelin mübarizəni dayandırması ilə 4-cü yerə yüksəlib və daha sonra isə Okonu da keçərək, podiuma yüksəlib.

Daniel Rikkardo: “Suzuka çox sevdiyim trasdır və burada əvvəllər podiuma yüksələ bilməmişdim. Buna görə də mənim üçün gözəl oldu. Yarışda ilkin hədəfim podium idi və bunu bacardıq. Pis start aldım və öndəkilər fərqi artırdılar. Buna görə də çətin yarış oldu. Bu tras çox əyləncəlidir. Yeni bolidlərlə burada limitləri sona qədər istifadə etdik. 130R döngəsini tam sürətlə keçmək inanılmaz idi. Yarışın sonunda Bottasın təzyiqi xoşuma gəldi, yoxsa darıxırdım. Bunun hesabına həzz aldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 369
Teqlər , , ,
Paylaş

logo