D.Rikkardo Avsrtriyada uğurlu seriyasını davam etdirmək istəyir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Azərbaycanda növbəti qələbəsinu qazandıqdan sonra Avstriyada da güclü həftəsonu keçirmək istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü son 4 yarışda 70 xal toplayaraq, bu statistikada birinci yerə yüksəlib.

Daniel Rikkardo: “Avstriya kimi güc tələb edən trasda səhv etməməlisiniz. Aerodinamika cəhətdən ən yaxşı balansı tutmalısınız. Trasın ikinci sektorunda sürətli döngələr olduğu üçün daha çox asfaltayatma qüvvəsinə ehtiyacınız olur. Amma bu, o deməkdir ki, siz düzlüklərdə zəif olacaqsınız. Yəni ki, yaxşı balans tutmalısınız. Bu tras bizə həzz verir. İstəyərdim ki, daha bir az uzun olsun. Daha çox döngə gözəl olardı. Amma hazırkı döngələr də həzz verir. Bura Red Bull-un ev trasıdır və bu cür ailənin bir hissəsi olduğum üçün fəxr duyuram. Düşünürəm ki, gözəl həftəsonu keçirəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*