D.Rayan: “McLaren yatmış şiri xatırladır”

Uzun müddət McLaren komandasında çalışmış, hazırda Manor komandasının yarış direktoru olan Deyv Rayan bildirib ki, McLaren yatmış şirə bənzəyir...

F-1.az xatırladır ki, McLaren komandası Formula1-də son poul və qələbəsini 2012-ci ilin Braziliya QP-də qazanıb. Britaniyalılar son podiumunu isə 2014-cü ilin Avstraliya yarışında qazanıblar. McLaren keçən il 10 komanda arasında 9-cu yeri tutub.

Deyv Rayan McLaren-in bu vəziyyətini dəyərləndirib: “Əgər doğru danışsaq, onu deyə bilərəm ki, McLaren hazırda yatan şiri xatırladır. Onlar son illərdə pis çıxış etdilər, xüsusən də keçən il çox çətin keçdi. Amma onların güclü potensialları var.

Bəzən qələbə uğrunda mübarizə aparsalar yaxşı olar, amma onların həmişəki hədəfi zirvədə olmaqdır.

Heç kimi hesabdan silmək olmaz. Onların yaxşı işçi heyəti və güclü bazaları var.

Biz Manor komandası olaraq onlarla mübarizə aparmaqdan həmişə məmnun olarıq. Gözləyək, görək. Onlarda ağıllı adamlar var və onların gələcəkdəki çıxışı müəmma olaraq qalacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*