11 Dekabr 2017, Bazar ertəsi - 07:38

D.Mateşiç: “Sürücülərimiz heç bir yerə getməyəcəklər”

D.Mateşiç: “Sürücülərimiz heç bir yerə getməyəcəklər”

Müəllif: Rauf Hacıyev, redaktor

14:16 - 21 May, 2017

Red Bull-un həmsahibi Diter Mateşiç bildirib ki, komandasının Ferrari və Mercedes-ə çatması üçün səbirlə gözləməlidirlər.

F-1.az xarırladır ki, “qırmızı öküzlər” bu mövsümə pis başlayıblar. Avstriyalılar Barselonada Daniel Rikkardo ilə podiuma yüksəlsələr də, lider Həmiltondan 75 saniyə geridə qalmışdılar.

Diter Mateşiç
: “Öndəki rəqiblərimizə çatmaq üçün Renault-dan kömək almalıyıq. Səbirli olmalıyıq. Mövsümün gedişatında onlara çatacağıq və qələbə qazanmaq şanslarımız olacaq.

Son vaxtlar sürücülərimizin bizdən ayrılacağı ilə bağlı çoxlu xəbərlər çıxır. İndiki halda hara gedəcəklər? Ferrari və Mercedes komandalarında boş yer yoxdur. Bu cür xəbərlərin çıxması doğru deyil. Mövsüm yeni başlayıb. Öndəki rəqiblərimizə çatmaq üçün çox işləməliyik. Lazımi qədər resurslarımız var və bunlardan ən yaxşı formada istifadə etməliyik. Ümid edirəm ki, Renault da yaxşı mühərrik düzəldər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 217
Teqlər ,
Paylaş

logo