D.Kvyatın Toro Rosso-ya keçidi komandaya yeni sponsor qazandırıb

Rusiyalı biznesmen Sergey Belousovun Toro Rosso-ya maddi və texniki dəstəyi Daniil Kvyatın komandada olduğu müddətdə davam edəcək.

F-1.az xəbər verir ki, Formula1-in gündəmini zəbt etmiş Daniil Kvyatın Toro Rosso-ya göndərilməsi məsələsi komanda üçün maddi cəhətdən əlverişli olub. Belə ki, məşhur biznesmen Sergey Belousov komanda ilə sponsorluq müqaviləsi imzalayıb.

Sergey Belousov: “Daniili uzun müddətdir ki, tanıyırıq və Red Bull-a keçməmişdən əvvəl də onunla sponsorluq mövzusunda danışıqlar aparmışdıq. Eyni zamanda komandanın rəhbəri Frants Tosta böyük hörmətimiz var. Red Bull öz adını reklam etməyə daha çox diqqət yetirir, amma Toro Rosso-nun məqsədi isə yarışmaqdır. Buna görə də Toro Rosso əməkdaşlıq üçün daha yaxşıdır”.

O, həmçinin. Kvyatın Red Bull-dan uzaqlaşdırılaraq yerinə Maks Ferstappenin gətirilməsi məsələsinə də toxunub: “Əlbəttə, Ferstappen əla pilotdur, amma Kvyat da mövsümün əvvəlindən öz gücünü göstərə bilmişdi…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*