D.Kvyat yüksək əhval-ruhiyyədədir

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, Bəhreyndəki mövsümiçi testlər onun üçün əla keçib və öz vətənindəki yarışdan əvvəl yüksək əhval-ruhiyyə toplayıb.

F-1.az xatırladır ki, rusiyalı sürücü Avstraliyada 9-cu yeri tutaraq, mövsümə xalla başlasa da, Çin və Bəhreyndə xal qazana bilməyib. Amma gənc sürücü uğursuz seriyanı öz vətənində qırmaq istəyir: “Mən və komandam üçün çox faydalı 2 gün idi. Boliddə yarım gün işləsəm də, çoxlu dövrələr vurduq və lazımi məlumatlar topladıq. Burada bir neçə yeni detalı da test edə bildik. Bunları yarış həftəsonunda sınaqdan keçirmək bəzən çox riskli olur. Buna görə də testlərdən maksimum formada istifadə etdik. Rusiyadakı yarış üçün çoxlu məlumat toplamışıq və bunları dəyərləndirmək istəyirik. Ümid edirəm ki, öz vətənimdəki yarışdan gözəl nəticələr alaraq, hamını sevindirərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*